İran hökuməti strateji əhəmiyyətli Hörmüz boğazından gəmilərin tranzitini icazə verəcək.
İran Fars körfəzini və Hörmüz boğazını bağlayıb - ABŞ GƏMILƏRİNƏ QADAĞA
FED.az biznes və maliyyə xəbərləri portalı xəvbər verir ki, bu barədə İran Ali Məsləhət Orqanın katibi bildirib.
Qeyd edilib ki, ABŞ hərbi gəmiləri isə hələ də İranın hücumları üçün qanuni hədəflər olaraq qalır.
***
Xatırladaq ki, hərbi əməliyyatların başlanmasından sonra İran hökuməti ABŞ gəmilərinin Fars körfəzinə girişini bloklayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İranın ali məsləhət orqanı olan Məqsədyönlülük Şurasının üzvü Möhsün Rzayi açıqlayıb.
İran Fars körfəzini və Hörmüz boğazını bağlayıb - ABŞ GƏMILƏRİNƏ QADAĞA
O, vurğulayıb ki, martın 1-dən etibarən heç bir Amerika gəmisinin Fars körfəzinə girmək hüququ yoxdur. Rezaei həmçinin bildirib ki, Hörmüz boğazı da bağlıdır, yəni hazırda bu boğazdan ticarət növbəti xəbərdarlığa qədər mümkün deyil.
Qeyd edək ki, İran ordusu daha əvvəl Hörmüz boğazını bağladığını açıqlamışdı. Medianın məlumatına görə, gəmilərə İran, ABŞ və İsrailin zərbələri səbəbindən marşrutun təhlükəli olduğu barədə xəbərdarlıq edilmişdi.











