İran İslam Respublikası ilə yeni dövlət sərhədində buraxılış məntəqələri inşa ediləcək.
FED.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlərlə bağlı Fəaliyyət Planında qeyd edilib.
Fəaliyyət Planına əsasən, Zəngilan rayonunun Ağbənd qəsəbəsində, Naxçıvan Muxtar Respublikasının ərazisində və Astara rayonunda dövlət sərhədində yeni buraxılış məntəqələrinin inşasına dair İran İslam Respublikası ilə razılaşdırıldıqdan sonra tikinti işlərinə başlanılacaq.