2021-ci ildə “Azərbaycan Hava Yolları” QSC üçün dövlət büdcəsindən 10 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
FED.az xəbər verir ki, bu barədə 2021-ci il dövlət büdcənin layihəsində qeyd edilib.
Eləcə də bax: SOCAR-ın və müəssisələrinin - Vergi Öhdəliyi Azaldılır
Məlumata görə, bu məbləğ Naxçıvan Muxtar Respublikasına edilən aviareyslərə görə yaranmış zərərin ödənilməsi sərf ediləcək.
Qeyd edək ki, Azərbaycanda nəqliyyat və rabitə xərcləri üçün 2021-ci il dövlət büdcəsindən 208,7 milyon manat vəsait proqnozlaşdırılıb.