Bakıdan 15.07. 2019-cu il tarixdən, Qazaxdan isə 16.07.2019-cu il tarixdən etibarən 98/97 nömrəli Bakı-Ağstafa-Qazax-Bakı sürət qatarının ləğv olunması ilə əlaqədar olaraq, Bakıdan 15.07.2019-cu ildən, Böyük Kəsikdən isə 16.07.2019-cu ildən etibarən 666/665 nömrəli Bakı-Böyük Kəsik-Bakı sərnişin qatarının hərəkət cədvəli dəyişdirilir.
"Fed.az" Azərbaycan Dəmir Yolları QSC-yə istinadən xəbər verir ki, qatar Bakıdan saat 23:00-da yola düşəcək, saat 06:30-da Bakıya çatacaq.
Qatar Böyük Kəsikə saat 08:50-də çatacaq, saat 20:20-də Böyük Kəsikdən yola düşəcək.