“Azərbaycan Hava Yolları” (AZAL) QSC Bakı-Pekin-Bakı marşrutu üzrə uçuşları əvvəlcədən deyildiyi kimi martın 8-i deyil, 31-də bərpa edəcək.
FED.az xəbər verir ki, bu barədə AZAL-ın Mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.
Xatırladaq ki, AZAL Çinə uçuşları bu ilin yanvarın 27-dən dayandırıb və bunu sözügedən istiqamətdə tələbatın azalması ilə izah edib. Aviaşirkətin qərarı Çində koronovirusun yayılması ilə üst-üstə düşüb. Qeyd edək ki, indiyə qədər koronavirus ucbatından 813 nəfər ölüb, 37 198 nəfər isə bu virusa yoluxmuş hesab olunur. Onlardan 6 188-nin vəziyyəti ağırdır. Ümumiyyətlə, virus Çin də daxil olmaqla 28 ölkədə aşkarlanıb. Çində yayılmış epidemiya ilə əlaqədar dünyanın bir sıra ölkələri ilə Çin arasında birbaşa aviareyslərin təşkili müvəqqəti təxirə salınıb.