Banner

Nəqliyyat

Bakıdan bu şəhərə də aviareys - LƏĞV OLUNUB

Bakıdan bu şəhərə də aviareys - LƏĞV OLUNUB | FED.az
16:07 15 İyul 2019
 İyulun 15-də həyata keçirilməli olan Süleymaniyə-Bakı-Süleymaniyə aviareysi ləğv edilib.
Eləcə də bax:
Bakı-Batumi aviareyslərinin - SAYI ARTIRILIR

 FED.az Banker.az-a istinadən xəbər verir ki,Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosunda verilən məlumata görə, “Iraqi Airways” aviaşirkətinin yerli vaxtla saat 19:00-da “IA 429” saylı Süleymaniyədən Bakıya uçuşu ləğv olunub. Həmçinin bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv olunduğundan aviaşirkətin 20:00-da Bakıdan Süleymaniyə istiqamətində “IA 430” saylı reysi də ləğv edilib. Aviareyslər “Boeing 737-300” təyyarəsi ilə həyata keçirilməli idi.

Süleymaniyə-Bakı-Süleymaniyə aviareysinin hansı səbəbdən ləğv olunduğu məlum deyil.

Digər xəbərlər

Banner