Bakıda Heydər Əliyev prospekti ilə kəsişən Bağırov körpüsünün yan tunellərinin 61 707 975 dollara başa gəldiyi açıqlanıb.
Eləcə də bax: Kür çayı üzərində yeni - Avtomobil Körpüsü Tikilib - FOTO - VİDEO
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu barədə “Transport for Baku” səhifəsində bildirilir.
Bu körpü 1950-ci ildə tikilib.
2008-ci ildə “Bağırov” körpüsündə yenidənqurma işlərinə başlanılıb. Yenidənqurma işləri Türkiyənin «Kolin» şirkəti tərəfindən həyata keçirilmişdir. Layihə çərçivəsində əvvəlcə körpünün üzərinə çıxış üçün nəzərdə tutulan köməkçi yollar genişləndirilmiş, bundan sonra körpünün dizaynında yeniləşmə işləri aparılmışdır.