Bakı Nəqliyyat Agentliyi paytaxtda 5 avtobus marşrutunu - 11, 30, 40, 71 və 199 nömrəli müntəzəm marşrut xətlərini hərraca çıxarıb.
Eləcə də bax: Bakıda iki yeni marşrut xətti təşkil edilib, BİR XƏTT LƏĞV EDİLİB - DƏYİŞİKLİKLƏR
BNA-dan FED.az-a verilən məlumata görə, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçiriləcəkdir.
Müsabiqədə iştirak etmək istəyənlər 14.01.2020-ci il tarixi saat 17:00-dək Bakı Nəqliyyat Agentliyinə müvafiq ərizə ilə mürciət etməlidirlər.
Marşrut avtobusları ilə bağlı müsabiqənin şərtləri belədir: