12 mart 2022-ci il saat 12.00-da Bakı, Q.Qarayev prospektində yerləşən “Təbriz” yay kinoteatrının binasında “Çörək Nəqliyyat" ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcəkdir.
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, yığıncağın gündəliyinə Cəmiyyətin 2021-ci il üçün hesabatı, Cəmiyyətin idarə heyətinin hazırkı sədrinin vəzifəsindən azad edilməsi və Cəmiyyətin idarə heyətinin yeni sədrinin təyin edilməsi daxildir.
Xatırladaq ki, “Çörək Nəqliyyat” 1999-cu ildə yaradılıb. Cəmiyyətin nizamnamə kapitalının məbləği açıqlanmır.