Azərbaycandan Ermənistana Gürcüstan vasitəsilə neft məhsullarının daşınması ucuzlaşıb.
Azərbaycan 1 ayda Ermənistana 2,4 milyon dollarlıq məhsul - İXRAC EDİB
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, Gürcüstan, Azərbaycandan Ermənistana neft məhsullarının daşınması üçün simvolik bir qiymət təyin edib.
Tariflər mövzusu, Gürcüstanın iqtisadiyyat Naziri Mariam Kvirivishvili ilə Ermənistanın ərazi idarəetmə və infrastruktur Naziri David Xudatyanın İrəvanda keçirdikləri görüşün əsas müzakirə mövzusu olub. (Apa)











