“İnter Pazarlama” MMC "Optimal Elektronika"nı məhkəməyə verib .
FED.az xəbər verir ki, iddia müqavilələrdən (alqı-satqı) əmələ gələn öhdəliklərdən yaranmış mübahisələr üzrə qaldırılıb.
İşə Bakı Kommersiya Məhkəməsində baxılır. İddia hakim Zeynəb Axundovun sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, "İnter Pazarlama" 10.10.2012-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 manatdır. Qanuni təmsilçisi İsmail Bülbüldür. Hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti ev 1, m 46-dir.