"Buta Farm" MMC-yə ticarət qaydaları əleyhinə olan (Fiziki şəxslərə dərman vasitələrinin buraxılması qaydalarının və aptek təşkilatlarına dair tələblərin pozulması) inzibati xəta protokolu tərtib olunub.
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə irəli sürülüb.
Həmin məcəllənin 452.3-cü maddəsinə görə aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər 500-700 manatadək məbləğdə, hüquqi şəxslər 1000-2000 manatadək məbləğdə cərimə edilir.
İşə Bakı Şəhər Xətai Rayon məhkəməsində hakim Sultan Hacıyev təyin edilib.
Qeyd edək ki, "Buta Farm" şirkəti daha öncə də həmin məcəllənin 215.4-cü, 221.1, 452.1, 452.3, 518.1-ci maddələri ilə də məhkəməyə verilib.
Məlumat üçün bildirək ki, "Buta Farm" şirkəti 08.07.2008-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 500 manatdır. Qanuni təmsilçisi Emil Məmmədov Tahir oğludur. Hüquqi ünvanı Az1060, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi ev 1022-də yerləşir.