"AZ-Evro Tel " MMC “TVM İnşaat” MMC-ni məhkəməyə verib.
FED.az xəbər verir ki, iddia müqavilələrdən əmələ gələn öhdəliklərdən yaranmış mübahisələr üzrə qaldırılıb.
İşə Bakı Kommersiya Məhkəməsində baxılır. İddia hakim İlham Əhmədovun sədrliyi ilə araşdırılacaq.
Xatırladaq ki, “TVM İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti № İN/2-2085/2016 02 Noyabr 2016-cı il tarixli lisenziya əsasında fəaliyyət göstərən müəssisədir. Şirkətin biznesinin məqsədi tikinti istiqamətində qurulub və hal-hazırda inşaat və istehsal sektorunda fəaliyyətini davam etdirir.