"Abşeron-Şərab" ASC-yə gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib olunub.
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 485.2 maddəsi ilə iddası ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə görə Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
İşə Abşeron rayon Məhkəməsində hakim Sevinc Quliyevanın sədrliyi ilə baxılır.