“Hermes Energy” MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta üzrə məhkəməyə verilib.
FED.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə protokol irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddasinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.
İş Bakı Şəhəri Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın icraatındadır.
Məhkəmə baxış iclası 5 iyul 2024-cü il, saat 15:30-a təyin edilib.
Qeyd edək ki, "Hermes Energy" fəaliyyət göstərən yerli və xarici şirkətlərin neft-qaz sektorunda avadanlıqlarla təchizatçısıdır