Dövlət Sərhəd Xidmətinin 3 tenderi ləğv olunub.
FED.az xəbər verir ki, bunlar “Gəmi İnşası və Təmiri Mərkəzi”nin texnikaların təmiri, illik texniki xidmətin göstərilməsi və şəhadətləndirilməsi işləri, dibdərinləşdirici qurğunun (gəminin) cari təmir işləri, İri və xırda həcmli yanacaq çənlərinə dair tenderlərdir.
Hər iki tenderin ləğv olunma səbəbi elektron tender üzrə təklif vermiş iddiaçıların sayı üçdən az olduğundan “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 50-4.2-ci maddələrinin tələblərinə əsasən tenderin davamından imtina edilməsidir.
Dövlət Satınalmaları haqqında qanunun 11.1-ci maddəsin görə tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.
50-4.2-ci maddəyə görə elektron satınalmada iştirak etmək üçün qeydiyyatdan keçən malgöndərənlərin (podratçıların) sayı səmərəli rəqabəti təmin etmək üçün 3 (üç) iştirakçıdan az olduqda, satınalan təşkilat bu proseduru ləğv edir. Elektron satınalmanın ləğv edilməsi barədə məlumat dərhal qeydiyyatdan keçmiş malgöndərənlərə (podratçılara) göndərilir.