"A.R.Z Stone" MMC “Bakinşaat Group” MMC-ni məhkəməyə verib.
FED.az xəbər verir ki, iddia müqavilələrdən (alqı-satqı) əmələ gələn öhdəliklərdən yaranmış mübahisələr üzrə qaldırılıb.
İşə Bakı Kommersiya Məhkəməsində baxılır. İddia hakim Emin Əliyevin sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, “Bakinşaat Group” Məhdud Məsuliyyətli Cəmiyyəti 2004-cü ildə fəaliyyətə başlayıb
Bakinşaat Group-un əsas fəaliyyət istiqamətləri tikinti-quraşdırma, təmir, lahiyələndirmə və tikinti materiallarının istehsalıdır.