Üzərində it təsviri olan virtual pul vahidi son 5 həftədə 680 faiz dəyər qazanıb.
Dogecoin Dekabr ayını 400%-lik artımla başa vuraraq 1 milyard dollarlıq bazar dəyərinə çatmış və 1 Dogecoin-in qiyməti də cümə günü 0.0107 dollar olmuşdu.
Ancaq bu "parodiya" kriptovalyutadakı bahalaşma həftə sonunda da dayanmadı və 0.0187 dollara çataraq bazar dəyərini 2 milyard dolların üzərinə qaldırdı.
Dogecoin, digər valyutalara nisbətən bir az daha fərqlidir, çünki 2013-ci ildə internet zarafatına əsasən "parodiya" olaraq yaradılmış bir pul vahididir. Dogecoin-in üzərində maskot kimi Yapon "Shiba inu" itininin təsviri verilib.
Dogecoin-dəki bahalaşmanın təməl səbəbi yoxdur, ancaq mütəxəssislər, investorların ucuz kripto pullara yönəlmə strategiyası istiqamətində bu tip pullara tələbin artdığını və bunun da qiymətləri yuxarı qaldırdığını düşünür.
QURUCUSU DA NARAHATDIR
Dogecoin-dəki bahalaşma, pul vahidinin qurucularından olan, ancaq 2015-ci ildə ayrılan Jackson Palmeri də narahat edir. Palmer, "2 ildir tək bir proqram yenilənməsi təqdim etməyən bir pulun 1 milyard dolların üzərində bazar dəyərinə çatması kriptovalyutalardakı boşluğun səviyyəsi haqqında çox şey deyir", -ifadəsini istifadə edib.
Dogecoin-i inkişaf etdirən komanda üzvlərindən biri olan Patrik Lodder də verdiyi açıqlamada, bu vəziyyəti bir "dəlilik" olduğunu söyləmişdi.