Türkiyənin ən tanınmış turizm və otelçilik şirkətlərindən biri, ümumilikdə 1400 yataq yerinə malik 3 böyük otelin sahibi olan məşhur «Alkoçlar Otelcilik ve Turizm AŞ» borclaranı ödəyə bilmədiyinə görə, konkordato elan edib.
Eləcə də bax: Azərbaycanda «konkordato» – BORCU LƏNGİTMƏK OLARMI?
FED.az xəbər verir ki, məhkəməyə müraciət edən «Alkoçlar» borclarının qaytarılmasına 9 ay möhlət verilməsini, eləcə də, illik 3%-lə 3 illik şərtə çevrilməsini istəyir.
Türkiyə turizmində 1950-ci ildən təmsil olunan «Alkoçlar» Kemer, Bodrum ve Alaçatı’dakı 3 oteli idarə edir. 2015-ci ildən turizm sektorunda baş veən hadisələr Alkoçlara da təsir etmişdi və onun nəticələri artıq indi özünü göstərməyə başlayıb.
Şirkətin ödəməyə möhlət istədiyi borcların ümumi məbləği 64,8 milyon lirə təşkil edir. Şirkətin vəkili Emre Ergenç mətbuata açıqlamasında bildirib ki, 1300 işçisi olan şirkət fəaliyyətini davam etdirmək istəyir.
Amma banklar bunun üçün kredit ayırmırlar, ya da çox yüksək faizlə ayırırlar: «Biz də nağd vəsaitlərin axmasını və yeni mövsümə problemsiz başlamaq üçün məhkəmədən möhlət almaq və borclarımızı yenidən qaydaya salmağı qərara almışıq».