Türkiyədə lirə ötən həftəki irəliləyişdən sonra yenidən ucuzlaşmağa başlayıb.
FED.az xəbər verir ki, dollar həftəyə 3.7370 TL məzənnəsi ilə başlayıb. Avri isə günə 4.4966 TL ilə start verib.
Xatırladaq ki, ötən həftənin son iş günü Türkiyədə dolların məzənnəsi 3.75 lirəyədək qalxmışdı. Bu, ötən il oktyabrın 20-dən bu yana ən aşağı səviyyədir.
Qeyd edək ki, ABŞ-ın məşğulluq səviyyəsi ilə bağlı bəyanatı Türkiyədə dolların ucuzlaşmasına səbəb olub.