Türkiyədə lirə ötən həftəki irəliləyişdən sonra yenidən geriləyib.
FED.az xəbər verir ki, bu gün yanvarın 10-da saat 16:25-ə olan göstəricilərə görə, dollar 3.7992 TL-yə alınır. Dolların satışı isə 3.8007 TL-yə çatıb.
Avro da lirəyə qarşı möhkəmlənərək 4.5645 TL-yə çatıb. Avropa valyutasının satışı isə 4.5685 TL ilə davam etdirilir.
Xatırladaq ki, ötən həftənin son günü Türkiyədə dolların məzənnəsi 3.75 lirəyə qalxmışdı.