Dünəndən etibarən Türkiyədə lirə dollara qarşı möhkəmlənməyə başlayıb.
FED.az xəbər verir ki, həftənin son iş günü dollar satışa 3.75 lirə məzənnəsi ilə başlayıb. Gün ərzində qiymətdə dəyişmə qeydə alınmayıb. Dünən isə məzənnə daha aşağı düşüb. Günə 3.78 lirə ilə başlayan ABŞ valyutası axşama doğru 3.7420 lirə səviyyəsinə qədər geriləyib.
Bu, ötən il oktyabrın 20-dən bu yana ən aşağı səviyyədir.
Türkiyədə dollar ucuzlaşdı
17:18
5 Yan 2018