Bu gün Türkiyədə ABŞ dollarının qiyməti ilk dəfə 33 lirə səviyyəsini keçərək rekord qırıb. Avro/TL məzənnəsi də 36 səviyyəsinə çox yaxındır. Funt/TL məzənnəsi 42,69-a çatıb.
Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
FED.az xəbər verir ki, Bakı vaxtı ilə saat 14:55-də ABŞ Dolları/Türk Lirəsi məzənnəsi 0,51% artıma 33,0467 lirə olub.
Britaniya bankı HSBC strateqləri Dollar/TL proqnozlarına yenidən baxıblar; 2024-cü il üçün Dollar/TL proqnozunu 33-dən 36-ya qaldırıb. Bankın təhlilində dəyər itkisinin gözləniləndən daha sürətli olduğu bildirilib.
Türkiyənin iş dünyası məzənnə səviyyəsinin inflyasiyandan çox geri qaldığını, ixracatçıların rəqabət qabiliyyətini itirdiyini dilə gətirirlər. Türkiyə İxracatçılar Birliyinin (TİM) sədri Mustafa Gültəpə məzənnə ilə inflyasiya arasındakı fərqin ən az 5 bəndi keçməməsi lazım olduğunu deyib və bu gün dollar/TL səviyyəsinin ən az 37 lirə olması lazım olduğunu vurğulayıb. (Marja)