Bu gün Azərbaycan Mərkəzi Bankı vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirib.
FED.az xəbər verir ki, hərracda tələb təklifi üstələyib. Belə ki, Mərkəzi Bank 300,3 milyon manat depozit cəlb edə bilib. Hərrac barədə elanda 300 milyon manat yığmaq planlaşdırılırdı.
Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə illik 14,79% təşkil edib.