Hesablama Palatası müxtəlif dövlət qurumlarında yoxlamalara və pozuntu aşkarlamaqda davam edir.
FED.az xəbər verir ki, bu dəfə Palatanın «radar»ına Naxçıvan MR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində “Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi” Publik Hüquqi Şəxs düşüb. Palata bu qurumda 2023-2024-cü illər üzrə dövlət vəsaitlərinin, həmçinin digər dövlət əmlakının istifadə və idarə olunmasının qanunauyğunluğunu yoxlayıb və irili-xırdalı çoxsaylı böyük pozuntular tapıb.
Maliyyə Nazirliyi İcbari Tibbi Sığorta Agentliyi və TƏBİB-də yoxlamalara başlayıb
Əsas nəticələr
1) 2022-ci ildə illik smetaya qarşı 93% həcmində faktiki xərc icra edilsə də, 2023-cü il üçün əvvəlki ilin icrasından 210% artıq pqroqnoz layihəsi təqdim edilmişdir. Müvafiq olaraq 880451,0 manat həcmində smetaya qarşı 381707,0 manat, yəni 43,32 % xərc icra edilmişdir.
2) 2023-cü ildə qurum tərəfindən təsdiq edilmiş smetaya qarşı 43,32% həcmində faktiki icra olsa da, 2024-cü il üçün əvvəlki ilin faktiki icrasından 35,12% artıq pqroqnoz layihəsi tərtib edilmişdir. Proqnoz layihəsinə müvafiq olaraq 2024-cü ildə 515763,0 manat həcmində smeta müəyyən edilmiş və 367 199,39 manat, yəni 71,2 % faktiki xərc edilmişdir ki,bu da 2023-cü ilin icrasından 4,35% az deməkdir.
3) 2 ədəd sərnişin avtobusunun Agentliyin balansından silinməsi zamanı metal qəbulu məntəqəsinə 20.03.2023-cü il tarixdə çəkisi 6 ton olmaqla təhvil verilmiş, lakin 26.02.2025-ci il tarixədək qurumun hesabına vəsait daxil olmamışdır. İxtisaslaşdırılmış internet resurslarında 1 ton dəmirin qiyməti həmin dövr üçün orta hesabla 370 manat olduğu müəyyən edilmişdir ki, orta hesabla 2220,0 manat vəsait yayındırılmış, audit prosesində nöqsan aşkar edildikdən sonra vəsaitin 602,0 manatı Agentliyin hesabına bərpa edilmişdir.
4) Agentlik tərəfindən kəsir gələn 580 ədəd şəhərlərarası avtobus biletinin dəyərinin qurumun hesabına ödənilməli olan hissəsi, yəni 3828,0 manat tam şəkildə aidiyyəti avtovağzallar tərəfindən audit prosesində Agentliyin bank hesabına bərpa edilmişdir.
5) Bütün hissələri tam sökülərək götürülmüş taksi nəqliyyat vasitəsinin qalan dəmir konstruksiyası 19 may 2025-ci il tarixdə metal qırıntısı qismində satışı təşkil edilərək 160 manat vəsait Agentliyin hesabına mədaxil edilmişdir.
6) Naxçıvan MR Nazirlər Kabinetinin 22.02.2022-ci il tarixli 41 nömrəli ştat cədvəlinə uyğun aylıq vəzifə maaşlarının tənzimləyən qərar 14.11.2024-cü il tarixdə qüvvədən düşdüyündən bu tarixdən Agentlik tərəfindən işçilərin əməyin ödənişi ilə bağlı hesablamaları hüquqi qüvvəsini itirmişdir. Müvafiq qərarın qüvvədən düşməsinə baxmayaraq 15.11.2024- 31.12.2024 tarixləri aralığında Agentlik tərəfindən işçilərə əməkhaqqı üzrə ümumilikdə 26890,03 manat vəsait hər hansı hüquqi akt qüvvədə olmadığı halda xərc edilmişdir
7) Naxçıvan MR Nazirlər Kabinetinin 18.01.2022-ci il tarixli “Naxçıvan MR Dövlət Nəqliyyat Xidməti” PHŞ-in işçilərinin maddi təminatı və sosial müdafiəsinin gücləndirilməsinə dair qərarı Nazirlər Kabinetinin 14.11.2024-cü il tarixli 64 nömrəli qərarı ilə qüvvədən düşdüyündən bu tarixdən Agentliyik əməkdaşlarının əməkhaqlarına hesablanmış əlavələr hüquqi qüvvəsini itirmişdir. 14 noyabr – 31 dekabr 2024-cü il tarixlərdə işçilərə ümumilikdə 21735,78 manat əməkhaqqı əlavəsi hər hansı hüquqi akt qüvvədə olmadığı halda xərc edilmişdir.
8) Agentlikilə müvafiq təchizatçı arasında 28.11.2023-cü il tarixdə “Daxili Audit, maliyyə analizi, mühasibatlıq xidmətlərinin göstərilməsi haqqında” 4300,0 manat dəyərində xidməti müqavilə bağlanılmış və 31.03.2024-cü il tarixədək qüvvədə qaldığı əks olunmuşdur. Sifarişçi tərəfindən müqavilənin dəyəri ödənilmiş, lakin qarşı tərəfdən Müqavilənin 1 saylı əlavəsində göstərilən xidmətlərin heç birinin icra edilmədiyi müşahidə edilmişdir. Audit qrupu tərəfindən yekun akt tələb edildikdə, sonradan hazırlandığını deməyə əsas verən arayış təqdim edilmişdir. Belə ki, qeyri-peşəkar hazırlanmış arayışın ikinci səhifəsində monitorinqin bitmə tarixindən 8 ay sonra verilmiş Ali Məclisin Sədrinin sərəncamı xüsusi qeyd kimi göstərilmiş, həmçinin “Nəticə” hissəsində “Milli Mühasibat Uçotu Standartlarına” uyğun maliyyə hesabatlarının tərtib edilməsi tövsiyyə edilmişdir ki, bu standart da 25.12.2018-ci ildən öz qüvvəsini itirmişdir.
9) Naxçıvan MR Nazirlər Kabinetinin 18.01.2022-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalarda qurumun işçilərinə “Əmək stajına görə əlavənin ödənilməsi” və “Mükafatın 9 AUDİTOR TRİBUNASI 2025, № 2 verilməsi” Agentliyin öz iqtisadi fəaliyyətindən əldə etdiyi vəsaitlər hesabına ödəməli olmasına baxmayaraq, büdcədən 203701,63 manat vəsait xərc edilmişdir.
10) Avtobuslar icarəyə verilərkən bağlanmış müqavilənin bəndlərində icarəyə götürülmüş nəqliyyat vasitəsində baş verəcək hər hansı nasazlıq icarəçi tərəfindən aradan qaldırmalı, təmir xərclərinin icarəçinin çəkməli olduğu göstərilsə də, icarəyə verilmiş 18 ədəd nəqliyyat vasitəsinə Agentliyin anbarından ümumi dəyəri 20088,0 manat olan ehtiyat hissələr silinmişdir.
11) Agentliyin anbarında olan ehtiyat hissələrindən uçot olmadan, mühasibatlıq sənədləşdirməsi aparılmadan satışının həyata keçirildiyi ödəmə terminalı vasitəsi ilə ümumilikdə 1279 manat məbləğdə vəsaitin mədaxil edildiyi (satılmış mal məlum deyil) müəyyən edilmişdir.
12) Agentliyin bəzi əməkdaşlarına əmək stajı düzgün hesablanmamış və ümumilikdə audit dövründə 9513,07 manat vəsait artıq sərf edilmişdir.
13) Agentlik tərəfindən tabeliyindəki “Taksi” MMC-nin Ştat cədvəli təsdiq edilmiş və İT üzrə mütəxəssis vəzifəsinə əməyin ödəniş dərəcəsi VTC üzrə 13-cü dərəcə olmaqla 560 manat məbləğində əməkhaqqı müəyyən edilmişdir. 02.09.2024-cü il tarixdə həmin vəzifəyə işçi götürülmüşdür. Bağlanmış əmək müqaviləsində işçiyə gün ərzində 3 saat iş vaxtı müəyyən edilmiş, lakin təsdiq edilmiş ştat cədvəlindəki 560 manat aylıq əməkhaqqı tam olmaqla ödənişlər həyata keçirilərək 1708,0 manat artıq vəsait xərc edilmişdir.
14) Agentlik tərəfindən 2023-cü ildə 96 daşınar əmlak və 11 ədəd daşınmaz əmlak, 2024- cü ildə isə 95 daşınar əmlak və 11 ədəd daşınmaz əmlak birbaşa müqavilə bağlanaraq icarəyə verilmişdir. Müqavilələrə uyğun olaraq 2023-cü ildə daşınar əmlak üzrə 620481,0 manat, daşınmaz əmlak üzrə 23904,0 manat, 2024-cü ildə isə daşınar əmlak üzrə 814047,95 manat, daşınmaz əmlak üzrə 28550,0 manat olmaqla, ümumilikdə 1 486 982,95 manat Agentliyin bank hesabına icarədən pul daxil olmuşdur. Daxil olan vəsaitlərin istifadəsi zamanı Azərbaycan Respublikası Prezidentinin 06.09.1997-ci il tarixli 629 nömrəli Fərmanının 1-ci bəndinin 3-cü abzasının və “İcarə haqqında” Qanunun 8-ci maddəsinin tələbləri gözlənilməyərək daşınmaz dövlət əmlakı üzrə daxil olan 52454 manat vəsaitin 50 faizi, yəni 26227,0 manat vəsait dövlət büdcəsinə köçürülməmişdir.
16) 15.10.2021-ci ildə 5 ədəd ümumi dəyəri 153000,0 manat olan elektrobuslar üçün charger aparatının satınalınması ilə bağlı müqavilə bağlamış, həmçinin 05.08.2022-ci il tarixli başqa müqavilə ilə daha 3 ədəd ümumi dəyəri 97800,0 manat olan elektrobuslar üçün charger aparatının satınalınması nəzərdə tutulmuş və ikinci müqavilə 18.05.2023-cü il tarixdə icra edilmişdir. Birinci müqavilə üzrə alınmış chargerlərin 2-si, ikinci müqavilə üzrə isə alınmış chargerlərin 3-ü (ümumi 5 ədəd) 26.02.2025-ci il tarixədək istifadəsiz saxlanılmışdır. Saxlancda olan avadanlığın üzərində zəmanət müddətinin 10.04.2024-cü il olduğu qeyd edilmişdir ki, avadanlıq faktiki olaraq quraşdırılmadığından zəmanət müddəti bitdikdən sonra avadanlığın istismara verilməsində yarana biləcək hər hansı çatışmazlıq təchizatçı üzərində məsuliyyət yaratmayacaqdır. 2024-cü ildə Naxçıvan MR RİN Nazirliyinin tapşırığı ilə əlavə olaraq 10 ədəd charger aparatı “Naxçıvan MR-nın sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” vəsaitləri hesabına alınmışdır. Bu da anbarda istifadəsiz qalan 5 ədəd charger aparatı olduğu halda, zərurətin düzgün müəyyən edilmədiyini göstərir.
17) Agentliyin fəaliyyət istiqamətlərindən 2023-cü ildə 1049232,0 manatın mədaxil, 1051348,0 manat məxaric, 2024-cü ildə 1340039,0 manat mədaxil, 1251416,0 manat məxaric olan məbləğləri tərtib edilmiş maliyyə hesabatlarında öz əksini tapmamışdır.
18) 01.02.2023-cü il tarixdə “Taksi” MMC ilə fiziki şəxs arasında elektron taksi sisteminə texniki dəstək göstərilməsi üçün "Dövlət satınalmaları haqqında” Qanun tətbiq edilmədən birbaşa müqavilə bağlanılmış və dövr ərzində 7200,0 manat vəsait ödənilmişdir.
19) “Maliyyə vəziyyəti haqqında hesabat”da aktivlərin dəyəri 2023-cü ildə 312081,35 manat, 2024-cü ildə isə 295281,61 manat göstərilmiş, lakin 2023-cü ilin avqust ayında tərtib edilmiş inventarizasiya aktında aktivlərin ilkin dəyərinin 9745116,38 manat olduğu öz əksini tapmışdır. 23.12.2024-cü il tarixdə tərtib edilmiş təhvil-təslim aktında aktivlərin qalıq dəyərinin 6566920,51 manat olduğu göstərilmişdir ki, bu da hesabatların düzgün tərtib edilmədiyini göstərir.
20) Agentliyin balansındakı yuma sexi fiziki şəxsə bağlanmış müqaviləyə uyğun olaraq icarəyə verilərkən müqaviləyə xitam verilməsi halında yuma maşınlarının saz vəziyyətdə geri qaytarılmasını icarəçinin öhdəsinə götürməsi şərtinə və öhdəliklərin qarşı tərəfə ötürülməsinə baxmayaraq, 29.12.2024-cü il tarixdə Agentlik tərəfindən dəyəri 2124,0 manat olan yüksəktəyziqli avtoyuma aparatı alınmaqla icarədə olan avtoyuma sexinə təhvil verilmişdir.
21) Agentliyin balansındakı yeməkxana və təmir sexi bağlanmış müqavilələrə uyğun olaraq icarəyə verilərkən bağlanmış müqavilələrdə kommunal xərclərin icarə haqqına daxil olmadığı qeyd edilsə də, icarəyə verilmiş obyektlər üçün ümumilikdə 3192,0 manat dəyərində qaz haqqı Agentlik tərəfindən ödənilmişdir.
22) Tibbi müayinə aparılması məqsədilə Agentlik ilə fiziki şəxs arasında xidməti müqavilə bağlanmasına baxmayaraq, 2024-cü ilin iyun və noyabr aylarında ştatda olan işçilərlə birlikdə həmin şəxsə bir aylıq əməkhaqqı nisbətində olmaqla, ümumilikdə 690,0 manat mükafat verilmişdir.
23) İki vergi ödəyicisi arasında pul köçürmələrinin yalnız bank hesabları vasitəsi ilə aparılmalı olmasına baxmayaraq, audit dövründə əmlakların icarəsi üzrə 1486982,95 manat vəsait ödəmə terminalları vasitəsi ilə Agentliyin bank hesabına köçürülmüşdür.
24) Naxçıvan-Bakı istiqamətində avtobus biletlərinin satışı zamanı kassa sənədləşdirilməsi aparılmamış, yəni 2023-cü ildə 593 436 manat, 2024-cü ildə isə 919 950 manat həcmində pul vəsaitləri kassa kitabı, kassa mədaxil və məxaric orderləri, digər təsdiqedici sənədlər olmadan toplanmış və vəsaitin 78%-i sürücülərə qeyri-rəsmi qaydada əlbə-əl verilmiş, 22%-i isə xəzinədarlar tərəfindən ödəmə terminalı vasitəsi ilə Agentliyin bank hesabına mədaxil edilmişdir.