Bir sıra sığorta şirkətləri düşünür ki, müəyyən xərclər onların biznes modelinin ayrılmaz tərkib hissəsidir və bunlar dəyişə bilməz. Ümumiyyətlə, əsas xərclər ilk növbədə onların necə idarəedilməsindən çox asılıdır.
Bugünki kəmfürsət iqtisadi mühit sığorta şirkətlərini bir sıra problemlərlə qarşı-qarşıya qoyur. Bu problemlərə aşağı faiz dərəcələrindən tutmuş yuxarı qiymət şəffaflığınadək olan problemlər daxildir. Bu sahədə aparılan son tədqiqatlar onu göstərir ki, idarəetmənin rolu bütün digər məsələlərlə müqayisədə bu məsələlərdə çox böyükdür və bu, hətta şirkətin öz tərəfdaşları ilə uzunmüddətli əlaqələri qurmasından ötrü əsas faktor kimi çıxış edə bilər.
Menecment (idarəetmə) nəyə görə vacibdir?
- Biznesin mürəkkəbliyi. Brendlərlə, satış kanalları, məhsulun strukturu, müştərilərlə iş prosesləri ilə əlaqədar biznesin mürəkkəbliyi əməliyyat xərclərinin əsas faktorlarından biridir və sığorta şirkətlərinin miqyaslı iqtisadiyyatla bağlı gücünü artırmaq imkanını məhdudlaşdırır. Nəticədə, çox böyük məhsul portfelinə, eləcə də çoxsaylı brendlərə və kanallara malik sığorta şirkətləri orta hesabla ən yüksək xərc sərf edən şirkətlərdən olur.
- Əməliyyat modeli
Yüksək dəyərə malik oyunçular əməliyyat vahidlərinin qurulmasını konsolidasiya və ya optimizasiya etməməlidirlər. Onlar müxtəlif proseslərdən və idarəetmə strukturlarından ibarət çoxsaylı yerlər üzrə arxa ofis funksiyalarına malik ola bilərlər. Hədsiz iş yükü müştəri məmnunluğunu aşağı salmaqla və maliyyə effektivliyini korlamaqla nəticələnən kifayət qədər istifadə olunmamaq prosesi ilə əlaqədar baş verə bilər.
Bu tipli məsələləri həll etmək əməliyyat modelinin hərtərəfli şəkildə nəzərdən keçirilməsini tələb edir və buraya proseslər, yerləşmə məkanları, dəstək texnologiyası, işçilərin bacarıq və qabiliyyətləri, mənbələrin axtarılması, təşkilati strukturlar və idarəetmə strukturları daxildir. Məzmundan labüd şəkildə asılı olacağını nəzərdə tutan optimizasiya ilə bağlı tək bir həll yolu yoxdur, yəni çoxlu sayda müxtəlif həllər vardır.
- İT sistemləri
- Fəaliyyətin effektivliyinin idarəedilməsi üzrə menecment
Sığorta şirkətləri hələ də ölçü, satış kanalları, məhsulun strukturu və coğrafiyası kimi dəyişilməz olan bu dörd sahədə öz xərclərini azaltmaq və yaxşılaşdırmaq qabiliyyətinə və imkanlarına malikdir.
Aparılan tədqiqat nəticəsində aydın olur ki, şirkətlər mühitində qiymətlə, xərclə bağlı fərqin böyük hissəsi məhz idarəetmə prosesi ilə əlaqədardır. Bununla bağlı müddəalara dəyişikliklər etmək isə sığorta şirkətlərinə nəinki sadəcə gəlir-xərc nisbətini yaxşılaşdırmaq imkanı, eyni zamanda, digər daha böyük işlər görmək imkanlarını da verəcəkdir və ələlxüsus onlar sərbəst şəkildə investisiyalar həyata keçirə biləcəklər.
Mənbə: www.mckinsey.com