Rusiyada dolların məzənnəsi 75 rublu keçib.
FED.az xəbər verir ki, bu gün Moskva birjasında dollar 75,01 rubl olub ki, bu da may ayının 6-dan indiyədək dolların ən yüksək məzənəsidir.
Dollarla paralel avronun məzənnəsi də yüksəlib. Avqustun 21-də avronun məzənnəsi 88,03 rubl təşkil edib ki, bu da mart ayından indiyədək ən yüksək məzənnədir.