Rusiyada avronun məzənnəsi 2022-ci ilin 15 aprelindən bəri ilk dəfə 86 rublu keçib.
Moskva birjasında dolların məzənnəsi - 77,3 RUBLA DÜŞDÜ
FED.az xəbər verir ki, Moskva birjasında avronun məzənnəsi 0,1% artaraq 86,0075 rubla yüksəlib. Doğrudur, bir neçə dəqiqədən sonra məzənnə yenidən azalaraq 85,95 rubla enib.
Dolların məzənnəsi isə 0,09% artaraq 78,81 rubl olub. Qeyd edək ki, dünən Moskva Birjasında dollar 2022-ci ilin 20 aprelindən bəri ən yüksək həddə qalxmışdı.