Banner

Maliyyə

Mühasib və maliyyəçilər üçün yeni - İŞƏ DÜZƏLMƏ SAYTI YARADILIB

Mühasib və maliyyəçilər üçün yeni - İŞƏ DÜZƏLMƏ SAYTI YARADILIB | FED.az
14:20 30 İyul 2019
Azərbaycanda iş adamı mühasiblər üçün xüsusi sayt yaradıb. FED.az xəbər verir ki, Ramin Ramazanov adlı şəxs mühasib və maliyyəçilər üçün www.finstaff.az saytını yaradıb.  Sayt mühasib və maliyyəçi axtranlar eyni zamanda bu sahədə işləmək istəyənlər üçün nəzərdə tutulub.

Mühasib və maliyyəçilər saytda qeydiyyatdan keçib özlərinə şəxsi kabinet yarada bilərlər. Həmçinin qeydiyyatdan keçənlər  özlərinə uyğun vakansiya və ya işçi namizəd olan kimi bildiriş alacaqlar. Bu zaman isə istənilən vakansiyaya 1 kliklə cv göndərmək imkanı olacaq.

Saytın üstünlüklərindən biri də odur ki, iş axtaran dam özünün konfidinsiallığını saxlaya biləcək. Belə ki, bunun üçün həmin şəxs anonim cv yarada və bunu şirkətlərə göndərə bilərlər.
Bundan başqa axtarış bölməsində rahatlıqla sırf sizə uygun vakansiya, məsələn "mühasib köməkçisi" yazmaqla iş tapa bilərsiniz.

 

Digər xəbərlər

Banner