Çərşənbə günü Moskva birjasında valyuta ticarətinin əvvəlində rubl əvvəlki sessiyanın bağlanışı ilə müqayisədə dollar və avro qarşısında ucuzlaşıb.
Eləcə də bax: “Deutsche Bank” Rusiyanın iri banklarının hesablarını - BAĞLAYIB
FED.az xəbər verir ki, dolların məzənnəsi 0,63% artaraq 64 rubla, avronun məzənnəsi 0,2% artaraq 67,13 rubla çatıb.
Rusiya fond bazarının aparıcı indeksləri artımı nümayiş etdirir. Moskva birjasının indeksi 1,28% artaraq 2 455,24 bəndədək, RTS indeksi 0,92% artaraq 1 211,89 bəndədək yüksəlib. (Marja)