Mərkəzi Bankın investisiya məqsədli pul nişanları Azərbaycanın və xarici dövlətlərin bütün vətəndaşları üçün əlçatan olacaq.
Azərbaycanda ilk dəfə: Yatırım edib qazanmaq üçün - QIZIL PULLAR BURAXILDI
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Aqşin Vəliyev ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirin kuluarlarında jurnalistlərə deyib.
Onun sözlərinə görə, pul nişanları 999.9 əyarlı qızıldan hazırlanacaq.
"Onları AMB-nin kassalarından, həmçinin ölkədəki banklardan əldə etmək mümkün olacaq. Pul nişanının dəyəri hər gün bankın saytında yenilənən qızıl dəyərinə uyğun olaraq hesablanacaq", - o deyib. (Trend)