Azərbaycanda investisiyaların sığortalanmasına başlanılacaq.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
Qeyd edilib ki, "Əmanətlərin sığortalanması haqqında" qanunvericiliyə dəyişiklik layihəsi investisiya şirkətlərinin ödəmə qabiliyyətinin itirilməsi zamanı da investorlara sığorta ödənişlərinin verilməsini nəzərdə tutacaq. "Bu məsələ hazırda aidiyyəti orqanlarla müzakirə mərhələsindədir"- AMB-dən əlavə edilib. (Apa)