Bu gün yanvarın 5-də banklararası ticarətdə dollar bahalaşıb. FED.az xəbər verir ki, “Bloomberg” terminalında ABŞ valyutası dünənlə müqayisədə 0,02% bahalaşaraq 1.7001 manata qalxıb.
Xatırladaq ki, ötən gün terminal üzərində dollar ticarəti 1.6997 manat məzənnəsi ilə yekunlaşıb. Ən yüksək satış qiyməti də 1.7006 manat olub.
“Qara bazar”da avro bahalaşdı.
Yanvarın 5-də “qara bazar”da da dolların məzənnəsi dəyişib. Fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyimiz məlumata görə, bu gün ABŞ valyutası 1.7000 manata alınır. Dolların satış qiyməti isə 1.7030-1.7040 manatdır.
Avro isə ucuzlaşıb. “Qara bazar”da avronun alışı 2.30 manat, satışı isə 2.50 manatdır.
Rəsmi məzənnə
Onu da deyək ki, Mərkəzi Bank bu günə dolların məzənnəsini dəyişməyib. Rəsmi məzənnə 1. 7001 manat müəyyən edilib.
“Bloomberg”də dollar bahalaşdı – BLOOMBERG/ QARA BAZAR/ MB
10:15
5 Yan 2018