Forex bazarı bazarın iştirakçıları arasında bir valyutanın digər bir valyutaya mübadilə edildiyi birjadır və bir-birilə ticarət edən alıcı və satıcı şəbəkəsini birləşdirən, dəyişən valyuta cütlüklərinin qiymət dəyişikliklərindən faydalanaraq gəlir əldə etmək imkanı verən beynəlxalq valyuta bazarıdır.
Forex sözünün mənası xarici valyutaların mübadiləsi deməkdir. Forex treyderləri əsasən banklar, təşkilati investorlar, valyuta spekulyantları, korporasiyalar, dövlətlər, brokerlər, ayrı-ayrı fərdi investorlar və riteyl investorlarıdır.
Forex dünyanın ən böyük və ən likvid maliyyə bazarıdır. FX bazarının 1 gün ərzində apardığı sövdələşmələri Uoll Strit 1 ay ərzində aparır. Forex-in ümumdünya xarici valyuta mübadiləsi bazarlarında 2010-cu ilin aprelindən orta günlük dövriyyə 3.98 trilyon dollar şəklində qiymətləndirilmişdir.
ABŞ dolları dünyanın ən çox ticarət olunan valyutasıdır, daha sonra avro və Yaponiya yeni, Britan funtu gəlir.
Dünyanın əsas Forex ticarəti aparan mərkəzləri London, Nyu York, Honkonq, Tokyo və Sinqapurdur.
FX bazarında 7 əsas valyuta cütlüyü, eləcə də digər ikinci dərəcəli valyuta cütlükləri arasında seçim etmək olar. Spredlərdən (tələb və təklif arasındakı bazar fərqindən) başqa heç bir əlavə komisyon haqqı tələb olunmur.
Fond birjaları normal iş saatlarında fəaliyyət göstərdiyi halda, Forex bazarı günün 24 saatı, həftənin 5.5 günü işləyir. Forex ticarətində fasilə yalnız həftə sonları Qrinviç üzrə cümə günü saat 22.00-dən (Amerika birjalarının bağlanma vaxtı) Qrinviç üzrə bazar günü saat 21.00-dək (Yeni Zelandiyada ticarətin başlanma vaxtı) baş verir.
Valyutalar “lot” adlanan vahidlərlə alınıb-satılır. 1 lot = əsas valyutanın 100000 vahidi deməkdir. Digər istənilən növ investisiya kimi Forex ilə də siz aksiyanı ucuz alıb baha sata bilərsiniz və ya yuxarı qiymətə satıb aşağı qiymətə almaq istəyərsiniz.
Bu bazarda tələb artanda qiymət də artır. Bir valyutaya olan tələbin artması bir çox faktorlardan irəli gəlir: məsələn, yüksək faiz dərəcələri, yığılan vəsaitlərdən daha yaxşı gəlir, milli sabitlik, turizm üçün daha təhlükəsiz və daha cəlbedici bank mühiti (məsələn, insanlar səyahət edərkən xarici valyutaya ehtiyacın yaranması).
Forex bazarında ticarətə başlamaq istəyirsinizsə, o zaman özünüzə demo hesab açıb prosesi yavaş-yavaş öyrənə bilərsiniz.