Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət neftinin və “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensatın satışından 1,983 mlrd. ABŞ dolları daxil olub.
FED.az bu barədə ARDNF-ə istinadən xəbər verir.
Eləcə də bax: Dövlət Neft Fondunda hazırkı durum – İNFOQRAFİKA, RƏQƏMLƏR
Bu məbləğin 112 mln. dolları “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensat satışının payına düşüb.
Qeyd edək ki, AÇG-də mənfəət neftinin satışından ARDNF-ə vəsait 2001-ci ildən daxil olur.