Xaricdən gəirilən kartofa gömrük rüsumlarının artırılması Azərbaycan hökumətinin təkcə aqrar sahəyə deyil, maliyyə sektoru və manatın məzənnəsinə münasibətini də açıqladı. Bu qərar göstərdi ki, hökumət qonşu ölkələrdə yerli valyutaların məzənnəsinin dəyişməsi fonunda manatın məzənnəsinə toxunmadan tənzimləmək niyyətindədir. FED.az xəbər verir ki, iqtisaçıekspert Cəfər İbrahimli hökumətin son qərarını şərh edib.
«Son iki ayda qonşu ölkələrin milli valyutalarının dəyər itirməsi və bunun manatin məzənnəsinə təsir edib etməyəcəyi müzakirə mövzusunu olmuşdu.
Aprılan təhlilər qonşu ölkələrin valyutasında yaranan dəyər itkisi sadəcə yeyinti məhsulları baxımından yerli istehsalı təhdid etdiyi və bununda gömrük vergilərinin tənzimlənməsi ilə manat üzərində yaranacaq təzyiqin ötürülməsinin mümükün olduğu vurğulanırdı.
Hökümətin 2 gün əvvəl kartof idxalı üçün gömrük rüsumlarını 100% artırması bunu deməyə əsas veriri ki, yaxın müddətdə manatın dəyərində sərt dəyişikliklərə gedilməyəcəyini və daha çox idxal olunan mal qruplarının daxili istahsalı təhdid etdityi durumlarda, gömrük və vergi rüsumları üzərindən tənzimləmə olunacağının məsaji verilmiş oldu..
Kartofun qiymət məsələsi ilə bağlı spekulativ söyləntilərə gəlincə....
Əvvəlcədən onu bildirim ki, heç bir hökumət mal və xidmətlərin sünii surətdə qiymətinin yüksəldilməsi yönündə stimullaşdırıcı qərar almaz. Bu sadəcə tənzimləmə funksiyasından və yerli istehsalın davamlılığını təmin etmə məksədi güdə bilər.
Heç kimə sir deyil ki, qeyd etdiyimiz üç ölkədə ciddi kartof istehsalı var və son illərdir manatın dəyərli olması fonunda bu ölkələrdən ciddi miqdarda kartof idxal olunurdu (hətta cəmiyyətin sağlamlığını təhdid edən texniki kaftof həcmidə az deyildi) və yerlı istehsalı boğmuş vəziyyət idi. Son məzənnə dəyişikliyindən sonra cari ildə ölkədə 59000 hektar sahədə kartof əkilib və bu günlərdə məhsulun hasat dönəmi bitmək üzrədir.
Artıq hökümətin əlində cari istehsal və stok haqqında dəqiq məlumatların olduğu məlumdur. Ölkədə orta hesabla hektardan 10 ton kartof toplandığını nəzərə alsaq bu təxminən 590-600 min ton təşkil edir ki, bu da ölkənin 500 min ton olan daxili tələbatını qarşılamaq imkanındadır.
Dolayısı ilə iqtisadiyyatın təməl qaydalarına görə təklif artıqlığı varsa, ölkədə minlərlə kartof istehsal edən fermer təsərrüfatları, toptancı və pərakəndəçi subyektləri mövcuddursa "sünii qiymət artımı" olacağı inandırıcı deyil.
Eyni zamanda bu məhsulu min bir əziyyətlə əkib beçərən fermerləri də düşünmək məsləhət olardı.
Hazırkı məhsuldarlıq vəziyyətinə görə 1kq kartofun becərilməsinin maya dəyərinin 25-30 qəpik olduğunu, saxlanma və nəqliyyat xərclərini, fermer topdançı və pərakəndəçilərində gəlir əldə etmək haqları olduğunu nəzərə alsaq kartof qiymətinin en az 70-80 qəpik səviyyəsində olması həm istehsalçıların həm də istehlakçıların uzun müddətdə yararına olacağını söyləməyə əsas verir».