İyunun 6-da Sea Breeze şəhər-kurortunda daşınmaz əmlak bazarı və investisiya imkanlarına həsr olunmuş Sea Breeze Investment Open Day tədbiri baş tutub.
FED.AZ biznes maliyyə xəbərləri portalı xəbər verir ki, tədbir maliyyə və inkişafetdirmə (devloper) sektorlarının nümayəndələrini bir araya gətirərək Azərbaycanın daşınmaz əmlak bazarının inkişaf tendensiyalarının və investisiya imkanlarının müzakirəsi üçün platforma yaradıb.
Proqram çərçivəsində Sea Breeze-in Kommersiya Direktoru Ayaz Tağıyev, Satış və İnvestisiyalar üzrə Direktoru Ena-Kameliya Melikova, həmçinin UNEC-in “Beynəlxalq iqtisadiyyat” kafedrasının dosenti, iqtisad elmləri üzrə fəlsəfə doktoru Emin Qəribli çıxış ediblər. Müzakirələr zamanı Azərbaycanın daşınmaz əmlak bazarının inkişaf dinamikası, kurort tipli daşınmaz əmlakın perspektivləri və Sea Breeze layihələrinin investisiya potensialı ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə ölkənin lider bankı ABB və tanınmış və aparıcı həyat sığortası şirkətləri – “PAŞA Həyat”, “Meqa Həyat”, “Xalq Həyat” və “Atəşgah Həyat” sığorta şirkətlərinin nümayəndələri də iştirak edib. Bank və sığorta şirtkətlərinin nümayəndələri tərəfindən tədbir iştirakçılarına ipoteka kreditləşməsi, sığorta, hissəli ödəniş və Trade-In proqramları üzrə aktual həllər təqdim edilib, daha sonra iştirakçıların suallarını cavablandırılıb.
Qonaqlar üçün şəhər-kurortun əsas məkanlarına, mövcud infrastruktur obyektlərinə və hazırda həyata keçirilən yeni layihələrə ekskursiyalar da təşkil olunub.
Tədbirin əsas məqamlarından biri Sea Breeze sakinləri üçün ABB ilə əməkdaşlıq çərçivəsində təqdim ediləcək yeni premium Sea Breeze Co-Brand Visa Infinite kart məhsulunun rəsmi təqdimatı olub. Kart sahibləri şəhər-kurort ərazisində eksklüziv üstünlüklərdən yararlana biləcəklər. Bu üstünlüklərə Bosfor, Fish Box, Polo Cafe, Park Cafe, Divas və Beach Club Restaurant restoranlarında 25 faiz endirim, eləcə də Visa tərəfdaşlıq şəbəkəsi üzrə yüksək səviyyəli əlavə imtiyazlar daxildir.
Sea Breeze Investment Open Day potensial investorlar, maliyyə sektoru nümayəndələri və inkişafetdirici şirkətlər arasında açıq dialoq üçün səmərəli platforma rolunu oynayıb.
Tədbir iştirakçılarına daşınmaz əmlaka investisiya sahəsində müasir alətlər və mexanizmlər barədə praktiki məlumat əldə etmək imkanı yaradıb.








!["Sea Breeze" şəhər-kurortunda Sea Breeze Investment Open Day keçirilib – [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/3669687.jpeg)
!["Sea Breeze" şəhər-kurortunda Sea Breeze Investment Open Day keçirilib – [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/346981.jpeg)
!["Sea Breeze" şəhər-kurortunda Sea Breeze Investment Open Day keçirilib – [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/4375446.jpeg)








