AFB Bank
Maliyyə Risklərinin idarəetməsi üzrə Baş mütəxəssis
Son tarix 02 iyl 2026 - [email protected]
İş şəraiti
- Risklərin idarəetməsi departamenti
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri.
Tələblər:
- Ali təhsil (Maliyyə, İqtisadiyyat);
- Risklərin idarə edilməsi üzrə 3-5 il iş təcrübəsi;
- Kredit, likvidlik və bazar risklərinin idarə edilməsi üzrə praktiki bilik və təcrübə;
- Azərbaycan dili sərbəst, ingilis dili üzrə oxu və işgüzar səviyyədə bilik;
- Bank sektorunda və ya maliyyə sahəsində risklərin idarə edilməsi, kredit təhlili, maliyyə analizi və ya əlaqəli sahələr üzrə iş təcrübəsi;
- Kredit, likvidlik və bazar riskləri üzrə əsas anlayışların olması;
- Maliyyə göstəricilərinin təhlili və risk əsaslı düşünmə bacarığı;
- Kredit portfeli, likvidlik və bazar riskləri üzrə əsas risk indikatorları barədə biliklər;
- Stres-test və ssenari analizlərinin məntiqini anlamaq və tətbiq etmək bacarığı;
- MS Excel və digər analitik proqramlarda sərbəst işləmə bacarığı (analitik sistemlər ilə iş təcrübəsi üstünlükdür), AI alətləri ilə işləmə bacarığı;
- Məlumatlarla işləmək, nəticələri düzgün şərh etmək və yazılı hesabat formasında təqdim etmək bacarığı.
İşin təsviri:
- Bank üzrə kredit, likvidlik və bazar risklərinin identifikasiyası, ölçülməsi və monitorinqində iştirak etmək;
- Kredit portfeli üzrə risk göstəricilərinin (NPL, konsentrasiya, sektor bölgüsü, gecikmələr və s.) təhlilində və mütəmadi monitorinqində iştirak etmək;
- Likvidlik riskinin idarə edilməsi çərçivəsində pul axınlarının, likvidlik boşluqlarının, LCR və NSFR kimi əsas göstəricilərin hesablanması və təhlilinə dəstək vermək;
- Bazar riskləri üzrə faiz dərəcəsi və valyuta mövqelərinin təhlilində iştirak etmək, risk limitlərinə riayət olunmasına nəzarət etmək;
- Stres-test və ssenari analizlərinin aparılmasında iştirak etmək, nəticələrin analiz və şərhinə dəstək vermək;
- Maliyyə riskləri üzrə daxili və tənzimləyici hesabatların hazırlanmasında iştirak etmək;
- Risk siyasətləri, prosedurları və metodologiyalarının tətbiqinə əməl olunmasını təmin etmək və təkmilləşdirmə təklifləri vermək;
- Risk iştahası bəyannaməsi, risk limitləri və erkən xəbərdarlıq üzrə limitlərin təhlilində iştiak etmək;
- Risklərin idarə edilməsi sistemlərinə məlumatların düzgün və vaxtında daxil edilməsini təmin etmək;
- Digər struktur bölmələrdən daxil olan məlumatların təhlili və risk baxımından qiymətləndirilməsində iştirak etmək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Maliyyə Risklərinin idarəetməsi üzrə Baş mütəxəssis” qeydi edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyini xahiş edirik.
AFB Bank
İnformasiya Təhlükəsizliyi (GRC) üzrə Mütəxəssis/Aparıcı mütəxəssis
Son tarix 02 iyl 2026 - [email protected]
İş şəraiti
- İnformasiya Təhlükəsizliyi departamenti
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri.
Tələblər:
- Ali təhsil (Bakalavr);
- İnformasiya təhlükəsizliyi (GRC) sahəsində minimum 2 il iş təcrübəsi;
- Azərbaycan, Rus və İngilis (texniki) dillərini yaxşı səviyyədə bilmək;
- ISO 27001 sənədləşdirməsi, PCI DSS/GDPR və tənzimləyici tələblərlə iş təcrübəsi;
- Risk reysterinin idarə edilməsi və nəzarət (controls) testlərinin aparılması;
- MS Office (xüsusilə Excel), GRC sistemləri ilə iş bacarığı və s.;
- Aktual təhlükəsizlik təhdidləri və riskləri barədə məlumatlı olması;
- Məsuliyyətlilik, dəqiqlik, operativlik və problemi həll etmə bacarığı;
- Ünsiyyətqurma və komandada işləmək bacarığı.
İşin təsviri:
- Bankda İT üzrə governance, risk və komplayens proseslərinin effektiv qurulmasını və beynəlxalq standartlara (ISO 27001, NIST və s.) uyğunluğun təmin edilməsi;
- İnformasiya Təhlükəsizliyi üzrə siyasətlərin ,prosedurların və standartların hazırlanması və tətbiqinə nəzarət etməsi;
- Təhlükəsizlik risklərinin identifikasiyası, qiymətləndirilməsi və monitorinqi;
- Daxili və xarici auditlərə (ISO 27001, ISO 27701, COBIT) hazırlıq proseslərinin koordinasiyası;
- ARMB-nin İnformasiya Təhlükəsizliyi ilə bağlı normativ aktlarının tələblərinə uyğunluğunun təmin edilməsi;
- Vendor və üçüncü tərəf risklərinin qiymətləndirilməsi.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “İnformasiya Təhlükəsizliyi (GRC) üzrə mütəxəssis/aparıcı mütəxəssis” qeydi edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyini xahiş edirik.















