İsrail və İran arasında yaranan növbəti gərginlik dərhal neft bazarına da təsirini göstərib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, iyunun 7-də İran və İsrailin qarşılıqlı zərbələri nənticəsində Yaxın Şərqdə yenidən gərginlik artıb.
Bu gərginlik neftin qiymətinə dərhal təsir edib.
Brent markalı neftin qiyməti 4,3% və ya 4 dollar bahalaşaraq cümə günü olan 93 dollardan bu həftənin əvvəlinə 97 dollara yüksəlib.
WTI neftinin qiyməti də 4,2% və ya 4 dollar bahalaşaraq cümə günü olan 90,54 dollardan, bu həftənin əvvəlinə 94,43 dollara yüksəlib.
Qiymət artımı Azərbaycan neftinin qiymətinə də təsir edəcək. Xatırladaq ki, Azeri Light markalı neft ötən həftəni 99,48 dollar qiymətlə başa vurmuşdu.
2026-cı ilin dövlət büdcəsində isə neftin qiyməti 65 dollardan götürülüb.













