Hesablama Palatası Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasında yoxlamalar aparır.
Eləcə də bax: Hesablama Palatası - 41 təşkilatı yoxlayıb
FED.az xəbər verir ki, bu barədə parlamentdəki mənbə məlumat verib.
Bildirilib ki, aparılan yoxlamalar nəticəsində bəzi pozuntular aşkarlanıb.
Hesablama Palatası QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamaların aparılması faktı təsdiqlənib:
“Yoxlamaların nəticələri barədə əlavə məlumatlar veriləcək”.
Qeyd edək ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Milli Məclisin deputatı Azay Quliyevdir.(Report)