Azərbaycanda dövlətin qiymət tənzimlənməsi siyasəti vətəndaşların maliyyə sabitliyini təmin etmək və sosial rifahı artırmaq məqsədi daşıyır. Bu istiqamətdə həyata keçirilən tədbirlər, ölkədə bir sıra məhsul və xidmətlərin qiymətinin müəyyənləşdirilməsində mühüm rol oynayır. Həm istehsalçının, həm də istehlakçının maraqlarını balanslaşdırmağa yönələn qiymət tənzimlənməsi siyasəti bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da dövlətin nəzarəti ilə həyata keçirilir və müvafiq qurumlar tərəfindən idarə olunur. Lakin, ölkədə bu sahədə fəaliyyət göstərən qurumların iş mexanizmi, tənzimlənən məhsul və xidmətlər barədə yetərli məlumatın olmaması vətəndaşlarda müəyyən çaşqınlıq yaradır. Bu da göstərir ki, ölkədə dövlət tərəfindən qiymət tənzimlənməsi ilə bağlı məlumatlılığın artırılmasına ehtiyac var.
Azərbaycanda avtobus və metroda, nəqliyyatda gediş haqları bahalaşdı - YENİ QİYMƏTLƏR - CƏDVƏL
FED.az xəbər verir ki, Azərbaycanda qiymət tənzimlənməsi siyasətinin əsas prinsipləri və bu prosesin həyata keçirilməsində qurumların rolu barədə araşdırma aparılıb.
Qiymətlərin dövlət tərəfindən tənzimlənməsi cəmiyyət üçün strateji məqsəd daşıyır və dövlətin qiymət siyasətini formalaşdırır. Dünyanın bir sıra ölkələrində bəzi məhsul və xidmətlərin qiymətinin tənzimlənməsi məqsədilə müvafiq qurumlar fəaliyyət göstərir. Azərbaycanda da 50-dən çox mal və xidmətin qiyməti dövlət tərəfindən tənzimlənir. Onlara qiymət qoyulanda istehsalçının həmin məhsul və xidmətə çəkdiyi xərclər, həm də mənfəət amili nəzərə alınır. Bu məsələdə dövlət iqtisadi siyasət həyata keçirməklə yanaşı, həm istehlakçının, həm də istehsalçının maraqlarını nəzərə alır. Bununla da həmin məhsul və xidmətlərə görə istehsalçılarla istehlakçılar arasında münasibətlər tənzimlənmiş olur.
Hazırda Azərbaycanda müxtəlif sahələrdə dövlət tərəfindən qiymət tənzimlənməsini 3 qurum yerinə yetirir:
- Nazirlər Kabineti
- Tarif (qiymət) Şurası
- Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Nazirlər Kabineti tikinti, memarlıq və şəhərsalma sahəsində xidmətlər, avtomobil parklanmasına görə ödəniş, icbari tibbi sığorta tarifləri, baytarlıq və fitosanitar xidmətlər, dövlət mənzil fondundan istifadə haqqı və digər məsələlərlə bağlı tənzimləmə aparır.
Tarif (qiymət) Şurası “Aİ-92” benzini, dizel, elektrik enerjisi, təbii qaz, su və istilik təchizatı, tələbə qəbulu və dövlət qulluğu üzrə imtahanlar kimi məsələlərlə bağlı qiymətləri tənzimləyir, dövlət qeydiyyatına alınmış dərmanların yalnız qiymətinin yuxarı həddini müəyyən edir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi metroda, avtobusda gediş qiymətlərini, telefon rabitəsi, dəmir yolu və dənizlə tranzit yükdaşımalar, hava nəqliyyatı ilə ölkə ərazisində yük, sərnişin daşıma və s. xidmətlərin qiymətini tənzimləyir.
“Aİ-95”, maye qaz, sıxılmış qaz (CNG), koks, istilik enerjisi və istilik təchizatı üzrə qeyri-əhali qrupu üzrə qiymətlər isə sərbəst şəkildə, tələb-təklif əsasında tənzimlənir.
Ölkə Prezidentinin Fərmanına əsasən, 2023-cü ilin sentyabrın 2-dэn nəqliyyat və rabitə sahəsi ilə bağlı qiymət tənzimləmələri Tarif Şurasından alınaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə ötürülüb.
Mütərəqqi beynəlxalq təcrübə və dövlətin sosial-iqtisadi siyasəti nəzərə alınaraq, tənzimlənən qiymətlərin tətbiq edildiyi sahələrdə dövlət tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Yuxarıda qeyd olunan üç qurumun tənzimlədiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumat aşağıdakı cədvəldə verilib:
№ |
Qiymətləri tənzimlənən mal və xidmətlərin siyahısı |
Tənzimləyici qurum |
1. |
Dövlət mənzil fondundan istifadə ilə (kirayə, saxlanılma və s.) əlaqədar haqlar |
Nazirlər Kabineti |
2. |
Dövlət mənzil fonduna aid yaşayış evlərində liftdən istifadə və məhəllədaxili fərdi qarajdan və qeyri-yaşayış sahələrindən istifadə haqqı |
Nazirlər Kabineti |
3. |
Su və meşə heyvanlarının ovlanması icazəsi |
Nazirlər Kabineti |
4. |
Ödənişli əsaslarla kadr hazırlığı |
Nazirlər Kabineti |
5. |
Bankların və digər kredit təşkilatlarının DGK-nın reyestrinə salınması |
Nazirlər Kabineti |
6. |
Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların Azərbaycanın Əqli Mülkiyyət Agentliyinə ödədiyi illik haqq |
Nazirlər Kabineti |
7. |
Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsinə görə haqq |
Nazirlər Kabineti |
8. |
Nəzarət markasının alınmasına görə haqq |
Nazirlər Kabineti |
9. |
Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycanın hüdudlarından kənarda Azərbaycan folkloru nümunələrindən kommersiya məqsədi ilə istifadəsinə görə haqq |
Nazirlər Kabineti |
10. |
Dövlət ilkin kəmiyyət vahidləri etalonlarından kəmiyyət vahidlərinin ötürülməsinə, uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası |
Nazirlər Kabineti |
11. |
Gömrük nəzarəti və rəsmiləşdirilməsi ilə əlaqədar olaraq bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan şəxslərin və ya onların nümayəndələrinin təşəbbüsü ilə malların gömrük ekspertizası |
Nazirlər Kabineti |
12. |
Fitosanitar tədbirləri və xidmətləri |
Nazirlər Kabineti |
13. |
Baytarlıq xidməti və nəzarəti tədbirləri |
Nazirlər Kabineti |
14. |
Tikinti, memarlıq və şəhərsalma sahəsində xidmətlər |
Nazirlər Kabineti |
15. |
Nəqliyyat vasitələrinin parklanmasına görə ödəniş |
Nazirlər Kabineti |
16. |
İcbari tibbi sığortanın baza zərfinə daxil olan tibbi xidmətlərin tarifləri |
Nazirlər Kabineti |
17. |
Dövlət yollarının salınması və saxlanılması xidmətləri |
Nazirlər Kabineti |
18. |
Dövlətə məxsus laboratoriya xidmətləri (xidmətlər Dövlət Gömrük Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aparılır) |
Nazirlər Kabineti |
19. |
Təbii sərvətlər (hidrometeorologiya və meşə təsərrüfatı sahələrindən başqa) sahəsində əsas xidmətlər (geoloji və ekoloji ekspertizanın aparılması, sənədlərin və informasiyaların verilməsi) |
Nazirlər Kabineti |
20. |
Meşə təsərrüfatı sahəsində əsas xidmətlər (meşə sahələrinin icarə qiyməti, əsas meşə və kol cinslərinin köküstü buraxılış nırxları) |
Nazirlər Kabineti |
21. |
Hidrometeorologiya xidmətləri |
Nazirlər Kabineti |
22. |
Elektrik enerjisi |
Tarif (qiymət) Şurası |
23. |
Su təchizatı və tullantı suların axıdılması |
Tarif (qiymət) Şurası |
24. |
Təbii qazın boru kəmərləri ilə nəqli, topdan və pərakəndə satışı |
Tarif (qiymət) Şurası |
25. |
İstilik enerjisi və istilik təchizatı |
|
Əhali “Azəristiliktəchizat” ASC tərəfindən həyata keçirilən |
Tarif (qiymət) Şurası |
|
26. |
Meliorasiya və su təsərrüfatı sahəsində əsas xidmətlər |
Tarif (qiymət) Şurası |
27. |
Məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi |
Tarif (qiymət) Şurası |
28. |
Tikinti obyektlərinin elektrik, qaz və su xətlərinə qoşulma xidmətləri |
Tarif (qiymət) Şurası |
29. |
Xam neft, “Aİ-92” markalı benzin, dizel yanacağı və bitum |
Tarif (qiymət) Şurası |
30. |
Mərkəzləşdirilmiş qaydada tələbə qəbulu ilə bağlı imtahanların keçirilməsi |
Tarif (qiymət) Şurası |
31. |
Dövlət qulluğu üzrə test imtahanlarında və müsahibədə iştirak etmək |
Tarif (qiymət) Şurası |
32. |
Xüsusi rabitə xidmətləri |
Tarif (qiymət) Şurası |
33. |
DYPİ-nin təxliyə, duracaq və müşayiət xidmətləri |
Tarif (qiymət) Şurası |
34. |
Ödənişli avtomagistral ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləği |
Tarif (qiymət) Şurası |
35. |
Daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması ilə bağlı xidmətlər |
Tarif (qiymət) Şurası |
36. |
Geodeziya və kartoqrafiya materiallarından və məlumatlarından istifadəyə görə ödəmə dərəcələri |
Tarif (qiymət) Şurası |
37. |
Dərman vasitələrinin ekspertiza xidmətləri, dövlət qeydiyyatına alınmış dərman vasitələri |
Tarif (qiymət) Şurası |
38. |
Malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertiza |
Tarif (qiymət) Şurası |
39. |
Tibbi müayinə kartı |
Tarif (qiymət) Şurası |
40. |
Dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyəti xidmətləri |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi |
41. |
Metro nəqliyyatında sərnişin daşıma fəaliyyəti |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi |
42. |
Şəhərdaxili ümumi istifadədə olan nəqliyyatla sərnişin daşıma |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi |
43. |
Şəhərlərarası ümumi istifadədə olan nəqliyyatla sərnişin daşıma |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi |
44. |
Radiotezliklərdən istifadə, yüksəktezlikli qurğuların istismarı və nəzarəti |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi |
45. |
Qəbuledici - verici radio və televiziya stansiyalarının xidmətləri |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi |
46. |
Ümumi istifadədə olan elektrik, poçt və teleqraf rabitəsi xidmətləri |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi |
47. |
Beynəlxalq, şəhərlərarası, şəhərdaxili və rayon telefon rabitəsi və s. xidmətləri |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi |
48. |
Su limanı sahəsində xidmətlər (liman qurğularının istismarı və yükaşırma) |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi |
49. |
Xəzər dənizində dövlətə məxsus gəmi ilə respublika ərazisində yük və sərnişindaşıma* |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi |
50. |
Dəmir yolu və dəniz nəqliyyatı ilə tranzit yüklərin daşınması, tranzit yüklərlə bağlı liman qurğularının istismarı, dəniz terminalları tərəfindən yükaşırma və dəniz limanında göstərilən digər xidmətlər, həmçinin bu xidmətlər üzrə nəqliyyat-ekspedisiya xidmətləri |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi |
51. |
Aeroport xidmətləri, aeroportların uçuş zolaqları və qurğuların istismarı, hava gəmilərinə aviasiya və aeronaviqasiya xidmətləri, aviasiya təhlükəsizliyinin təmin edilməsi xidmətləri, uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə hava gəmilərinə göstərilən texniki xidmətlər, respublika ərazisində yük və sərnişin daşıma xidmətləri |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi |
(Report)