Dövlət Gömrük Komitəsi 2018-ci ildə dövlət büdcəsinə 3 milyard 434 milyon manat köçürmə edib.
FED.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev "Xalq qəzeti"ndə dərc olunan məqaləsində deyib.
Onun sözlərinə görə, 2018-ci il üçün Dövlət Gömrük Komitəsi üzrə müəyyənləşdirilən illik büdcə proqnozunun yerinə yetirilməsi artıqlaması ilə təmin edilib:
“Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Qanununda dəyişikliklər edilməklə 2018-ci il üzrə Dövlət Gömrük Komitəsi üçün proqnozlaşdırılan 2 milyard 430 milyon manat proqnoz 760 milyon manat artırılaraq, ümumilikdə 3 milyard 190 milyon manat təşkil edib. Beləliklə, 2018-ci il üçün müəyyənləşdirilən 3 milyard 190 milyon manat proqnoza qarşı 3 milyard 434 milyon manat gömrük ödənişləri toplanaraq dövlət büdcəsinə köçürülüb və büdcə öhdəliyinə 107,7 faiz əməl olunub".
Eləcə də bax: "16 mindən çox sahibkara 1 milyard manatdan çox güzəştli kredit verilib"