"Gömrük orqanları 2017-ci ili uğurlarla başa vurub".
FED.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bu gün Ümumdünya Gömrük Təşkilatının Avropa Regional Ofisində Dövlət Gömrük Komitəsi rəhbərliyinin iştirakı ilə "2017-ci ilin yekunları və qarşıda duran vəzifələr" mövzusunda keçirilən mətbuat konfransında bildirib.
"Ötən il Azərbaycanda iqtisadiyyatı üçün olduqca uğurlu olub", - deyə A.Əliyev vurğulayıb.
O bildirib ki, ötən il idxal 291 mln. manat artıb: “Bu, prezidentin tapşırığına uyğun olaraq həyata keçirilib. Müsbət haldır ki, ötən il müsbət saldo 5 milyard manatdan artıq olub. 2017-ci ildə dövlət büdcə proqnozu 2 milyard 250 milyon manat təşkil edib və 2,8 milyard manat Dövlət Gömrük Komitəsi tərəfindən toplanaraq büdcəyə keçirilib”.