2023-cü ilin yanvar-iyun ayları üzrə Gəncə şəhərində Əsas kapitala yönəldilmiş investisiyalar və tikinti müəssisələrinin işi haqqında məlumatlar açıqlanıb.
Gəncə Avtomobil Zavodunda traktor yığımı - KƏSKİN ARTIB
FED.az xəbər verir ki, Gəncə Şəhər Statistika İdarəsindən verilən məlumatda bildirilir:
Əsas kapitala yönəldilmiş vəsaitlər. Gəncə şəhərində 2023-cü ilin yanvar-iyun aylarında əsas kapitala 49,6 milyon manat və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 34,1 faiz çox vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 80,0 faizi dövlət, 20,0 faizi isə qeyri-dövlət mülkiyyətinə məxsus olmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 41,5 milyon manatı və ya 83,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş və 22,9 faiz artmışdır.
Tikinti müəssisələrinin fəaliyyəti. Gəncə şəhərində 2023-cü ilin yanvar-iyun aylarında fəaliyyət göstərən tikinti müəssisələri və fərdi sahibkarlar tərəfindən yerinə yetirilmiş tikinti işlərinin dəyəri 20,3 milyon manat təşkil etmiş və ümumi tikinti işlərinin 12,2 milyon manatını, yaxud 60,3 faizini hüquqi şəxslər tərəfindən yerinə yetirilmiş işlər, 8,1 milyon manatını və ya 39,7 faizini isə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin yerinə yetirdiyi işlər təşkil etmişdir .