2021-ci ilin dövlət büdcəsində Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ("ASAN xidmət") 10 milyon manat vəsait proqnozlaşdırılıb.
Eləcə də bax: Azərbaycanda dollar bolluğu gözlənilir - Cari Profisit 2025-dək Kəskin Artacaq
FED.az xəbər verir ki, bu barədə büdcə layihəsində bildirilir.
Sənəddə həmçinin deyilir ki, həmin vəsait 2021-ci ilin dövlət büdcəsində elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlərin maliyyə təminatı üçün ayrılacaq. (Report)