Foreks ticarəti böyük pullar qazanmaq məqsədilə getdikcə daha çox adamın müraciət etdiyi məşhur investisiya qoyuluşu formasıdır.
Foreks sözü “foreign exchange”, yəni “xarici valyuta” sözünün qısaldılmış formasıdır. Xarici valyutalar bazarında ticarət məzənnə kursu əsasında aparılır. Keçmişdə, foreks bazarı əsasən zəngin banklar sayəsində saxlanılırdı. Bu günümüzdə isə demək olar ki, hamı valyuta bazarındakı ticarətdə iştirak edə bilər, çünki belə bir ticarəti apara bilmək üçün o qədər də böyük kapitalın və ya vəsaitin olması tələb edilmir. Valyuta bazarında ticarət fəaliyyətinizi həyata keçirə bilməniz üçün artıq sizə yardımçı olacaq brokerlər və müxtəlif onlayn platformalar mövcuddur. Habelə, özünüzə foreks brokeri axtarmazdan əvvəl foreks ticarətinin üstünlükləri və çatışmazlıqları ilə tanış olsanız yaxşıdır. Bunlar sizə foreks ticarətini başladığınız təqdirdə həmin ticarətdə uğurlu olmanıza kömək edəcəkdir.
Foreks ticarətinin üstünlükləri:

- Leverage və ya kredit çiyni
Kredit çiyni – beynəlxalq valyuta bazarlarının investorlara ticarət zamanı verdiyi gözəl pul qazanmaq imkanıdır. Foreks dili ilə desək, kredit çiyni – broker şirkətləri tərəfindən tətbiq edilən və müştərinin ticarət sərəncamlarına müvafiq əməliyyatların icrası zamanı mümkün zərər risklərinin qarşısını almaq məqsədilə tələb edilən depozit məbləğinin bir neçə misli həcmində əməliyyatlar icra etməyə imkan verən bir sistemdir. Başqa sözlə desək, kiçik həcmdə pul böyük məbləğdə qazanc və gəlir gətirə bilər. Yəni kredit çiyni göstəricisi artdıqca həm gəlir, həm də risk artır. Buna görə də kredit çiyni əməliyyatları fərqli bir risk daşıyıcısına çevrilir. Əməliyyat böyüklüyü ilə əsas vəsait arasındakı mütənasib fərq bazar iştirakçısının risklərin idarə edilməsi baxımından mütləq nəzərə alınmalıdır.
Məsələn, bəzi valyuta bazarlarında icazə verilən maksimal kredit çiyni 1:50 və ya 1:100-dür. Başqa sözlə, 1 dollar 50 $ və ya 100 $ dəyərində ola bilər. Bu isə o deməkdir ki, siz nisbətən kiçik investisiyalarla çoxlu pul qazana bilərsiniz.
Qeyd edək ki, Azərbaycan FOREX bazarında QKDK tərəfindən tənzimlənməsinə icazə verilən maksimal kredit çiyni 1:100-dür.

- Fasiləsiz (gecə-gündüz) ticarət
Foreks valyuta bazarının digər üstünlüyü həftənin 5 günü, günün 24 saatı onun açıq olmasıdır. Bu bazarlar yalnız həftə sonları, yəni şənbə və bazar günləri qapalı olur. Bu isə o deməkdir ki, sizə rahat olan istənilən vaxt gecə və ya gündüz foreks bazarına daxil olub, orada ticarət edə bilərsiniz.
- Aşağı haqların olması
Foreks bazarının ən böyük üstünlüklərindən biri digər bazarlar, məsələn, fond birjaları ilə müqayisədə daha aşağı haqların cəlb edilməsidir. Foreks ticarətində bu haqlar adətən spred (ticarət aparılan iki valyutanın alış-satış qiymətləri arasındakı fərq) əməliyyatları ilə məhdudlaşır. Aşağı haqlar isə o deməkdir ki, siz daha çox pula qənaət edə, investisiya qoya və ya digər şeylərə həmin məbləği xərcləyə bilərsiniz.
- Onlayn xidmətlər və alətlər
Foreks ticarətinin digər üstünlüyü ondan ibarətdir ki, siz öz evinizdən çıxmadan bu ticarəti onlayn şəkildə həyata keçirə bilərsiniz. Onlayn xidmətlər bu prosesi o qədər asanlaşdırmışdır ki, hətta bu ticarət növünə yeni qatılanlar da bazarı anlaya, idarə və təhlil edə bilər. Bundan əlavə, internet də sadəcə bir neçə klik etməklə sizə ticarətə başlamağınıza şərait yaradacaqdır ki, bununla siz foreks bazarında qazanc və gəlirlər əldə edə bilərsiniz.
- Ticarətin avtomatlaşdırılmış proqram təminatı
Foreks ticarətinin növbəti üstünlüyü məhz bu ticarət növü üçün nəzərdə tutulan avtomatlaşdırılmış proqram təminatıdır. Bu proqram təminatı onu necə proqramlaşdırmağınızdan asılı olaraq müxtəlif növ əməliyyatları icra edə bilər. Bu da ticarətin lazım olan vaxtda və lazımi vəziyyətlərdə aparılmasını asanlaşdırır.
Foreks ticarətinin çatışmazlıqları
Foreks ticarətinin çatışmazlıqları
- Valyuta bazarı sürətli və dəyişəndir.
Valyuta bazarının sürətli və dəyişən olması onun ən böyük çatışmazlıqlarından biridir. Baxmayaraq ki, siz bu bazarda çox sürətlə pul qazana bilərsiniz, eyni sürətlə də siz o pulları itirə bilərsiniz. Valyuta dəyərləri heç bir xəbərdarlıq edilmədən dəyişə bilər. Bu da pulunuzu məhz hara qoymağı və kapital qoyuluşu etməyi dəqiq olaraq müəyyənləşdirmənizi və proqnozlaşdırmanızı çətinləşdirəcəkdir.
- Leverec- kredit çiyni sizin əleyhinizə işləyə bilər.
Baxmayaraq ki, kredit çiyni kiçik vəsaitlə böyük investisiyalar əldə etməyinizi təmin edə bilər, o, eyni zamanda ilkin investisiya qoyduğunuz məbləğdən qat-qat yüksək itkilərə yol aça bilər. Yəni kapitalınızın hər bir dollarından 100 dollar qazanc əldə edə və ya eyni məbləği itirə də bilərsiniz.
- Onlayn əlaqə kəsilə bilər.
İnternet əlaqəsinin kəsilmə ehtimalının olması foreks ticarətinin digər mənfi cəhətlərindən biridir. İnternet əlaqəsi kəsilərsə, siz böyük problemlərlə üzləşə bilərsiniz. Bu halda bazara nəzarəti itirə və natamam tranzaksiyaların alınmasına yol aça bilərsiniz və belə olan hallarda internet əlaqəsinin kəsilməsi üzündən baş verən nəticələrə görə sırf və tamamilə siz məsuliyyət daşıyırsınız.
- Digər çatışmazlıqlar
Fırıldaqçılar – bu hal demək olar foreks ticarətinin ən təhlükəli məqamlarından biridir və böyük çatışmazlığıdır. Çünki nəticədə sizin şəxsi məlumatlarınız, pullarınız və bütün maliyyə məlumatlarınız oğurlana bilər. Buna görə də internetdə digər insanlarla və ya şirkətlərlə və ya saxta proqram təminatı ilə işləyərkən çox ehtiyatlı olmanız şərtdir. Çalışın yalnız tanınmış, hörmətli və çox yüksək reytinqə malik şirkətlər, brokerlər və bazarlar ilə sövdələşmələr aparasınız.
- 24-saat bazar dəyişiklikləri
Baxmayaraq ki, foreks bazarının 24 saat işləməsi onun üstünlüklərindən biridir, lakin bu üstünlük sizin əleyhinizə də işləyə bilər. Bazarın bu şəkildə fasiləsiz işləməsi o deməkdir ki, günün istənilən vaxtı buradakı qiymətlər və dəyərlər dəyişə bilər, çünki bu bazar siz yatanda da, hətta siz çox məşğul olanda da belə davamlı şəkildə işləyir. Buna görə də sizə avtomatlaşdırılmış proqram təminatının olması çox kömək edə bilər, lakin bu cüt qurğuya da çox etibar etmək təhlükəlidir.
Foreks bazarında işləmək üçün sizə verə biləcəyimiz bir neçə məsləhət
Yuxarıda sadalanan üstünlükləri və çatışmazlıqları nəzərə alaraq, qeyd edək ki, ən əsas məqam öz investisiyalarınızı nə dərəcədə yaxşı idarə edə bilməyinizdir. Foreks ticarətində olan çatışmazlıqlara baxmayaraq, siz tələsməsəniz, vaxtınızı buna həsr etsəniz, valyuta bazarını yaxşı öyrənsəniz və təcrübə əldə etsəniz, o zaman bu ticarətdən yaxşı qazanc əldə edə bilərsiniz. Foreks ticarətini apara bilməniz üçün mütləq bilik və təcrübəyə malik olmalısınız. Öz kapitalınızı tam şəkildə istifadə etməyinizə imkan yaradacaq plan hazırlayın. Foreks ticarətində uğur qazanmağınız üçün bir neçə məsləhət:

- Sırf məsləhətçilərə və ekspertlərə güvənməyin. Baxmayaraq ki, onlar sizə bazarın yaxşı təhlilini və qiymətləndirməsini verə bilər, lakin məhz siz yaxşı ticarət strategiyanızı düşünməlisiniz.
- Rahat çalışa biləcəyiniz onlayn foreks xidməti göstərən saytları seçin. Sizi düzgün istiqamətləndirən rəylər, reytinqlərə baxaraq özünüzün şəxsən üstünlük verdiyiniz saytı seçin.
- Ticarət zamanı şəxsi emosiyalarınızı kənara qoyun. İlk başladıqda bu, sizə çətin gələ bilər. Lakin təcrübə topladıqca siz artıq peşəkar kimi hərəkət edəcəksiniz.
Unutmayın ki, foreks ticarətində böyük gəlir əldə etmək eyni zamanda böyük risklərlə üzləşə biləcəyiniz deməkdir. Buna hazırlıqlı olmalısınız. Düzgün və əsaslandırılmış qərar qəbul etmək və investisiyalarınızı uzunmüddətli uğura çevirmək üçün sizin vaxta ehtiyacınız olacaqdır.
Mənbə: www.myforextip.com