Bu məqalədə sizləri ən məşhur Foreks treyderləri ilə tanış etmək istərdik.
Bir çox valyuta (Foreks bazarı) treyderləri diqqət mərkəzində olmaq istəmirlər, onlar çox qapalı olurlar və sakit bir şəkildə öz gəlirlərini qururlar. Lakin onların arasından çox az bir qismi beynəlxalq səviyyəyə qədər qalxmışlar. Bu tanınmış oyunçular uzunmüddətli karyeraları boyunca ən inanılmaz nəticələr nümayiş etdirərək bütün stereotipləri qırıb uğur qazanmışlar. Bu nüfuzlu insanlar valyuta bazarı sektoruna çox böyük və dərin təsir göstərmişlər.
Bu məşhur şəxslər öz karyerasını Foreks treyderləri kimi başlamaq istəyən istənilən bir kəs, eləcə də də öz real nəticələrini yaxşılaşdırmaq və təkmilləşdirmək istəyən hər bir peşəkar şəxs üçün yaxşı bələdçidirlər. Bu treyderlərin hamısı dəqiq hesablanmış riskləri gözə alır. Bəziləri çox təvazökar olub öz uğurları barədə susur, digərləri isə öz uğurları barədə bütün dünyaya səs salır. Lakin onların hamısını birləşdirən bir əsas cəhət vardır ki, o da onların maliyyə uğurlarına, effektivliyinə səbəb olan sarsılmaz əminlik hissidir.
Aşağıda bütün dünyaya səs salmış və bütün dünyanın tanıdığı məşhur və uğurlu treyderlərin siyahısı sizlərə – dəyərli oxucularımıza təqdim edilir.

- Corc Soros
Corc Soros 1930-cu ildə Macarıstanın paytaxtı Budapeşt şəhərində yəhudi ailəsində anadan olmuşdur. İkinci Dünya Müharibəsi zamanı Macarıstanda faşistlərdən xilas ola bildikdən sonra öz maliyyə karyerasını 1954-cü ildə Londonda "Sinqer və Fridlander" şirkətində başlayır. 1970-ci ildə Soros Fondu Rəhbərliyini quranadək o, bir sıra maliyyə şirkətlərində çalışmışdır. Son 5 onillikdə onun şirkəti 40 milyard dollardan artıq gəlir gətirməyə davam etmişdir.
Sorosun bir treyder kimi 1992-ci ilin 16 sentyabr tarixində 10 milyard dolları Britaniya funt sterlinqdə qısa müddətə satmaqla keçirdiyi maliyyə əməliyyatları nəticəsində İngiltərənin pul vahidi olan funt sterlinqin dəyəri birdən-birə 12% aşağı düşür və bu da onun bir gecədə 1 milyard dollar xalis gəlir qazanmasına səbəb olur. Bu hadisədən sonra həmin gecə İngiltərə tarixində “Qara çərşənbə” kimi yadda qaldı, çünki Sorosun apardığı bu əməliyyatdan sonra funt valyutasının devalvasiyası baş verdi. Sorosun yaddaşında isə həmin gün “Ağ çərşənbə” kimi yadda qalır.
Soros həmin hadisədən sonra dünyada məşğurluq qazanır və onu hamı “İngiltərə bankını dağıdan şəxs” adlandırmağa başlayır. Məhz bu inanılmaz ticarət onun karyerasının ən pik nöqtəsi idi və onun titulunu tarixdə bütün aparıcı treyderlər arasında gücləndirdi.
Hazırda Soros dünyanın ən varlı 30 şəxsi arasında yer alır. Forbes jurnalında verilən zəngin adamların reytinqi siyahısında isə Soros 28-ci yerdədir.
- Stenli Drakenmiller
Stenli Drakenmiller amerikalı səhm idarəçilərindən biridir. O, Uoll Stritdə ən uğurlu rəhbərlərdən biri hesab edilir.
Stenli Filadelfiyada orta təbəqəli bir ailədə böyüyüb boya başa çatmışdır. Onun maliyyə karyerası Pitsburq bankında təcrübəçi kimi başlamışdır, orada səhmlərin ticarəti üzrə analitik kimi çalışmağa başlayır. Qısa bir müddətə 4 il sonra çox sürətlə uğur qazanır və "Duquesne Capital Management" adlı şəxsi şirkətini yaradır. Drakenmiller bir neçə il Corc Sorosun pullarını böyük uğurla idarə edirdi.
1988-2000-ci illər arasında Quantum Fund hec fondlarının idarəedilməsi üzrə aparıcı portfolio meneceri vəzifəsində çalışan zaman onun karyerasının çiçəkləndiyi dövr başlayır.
Drakenmiller Sorosla birləşib İngiltərə Bankına qarşı ticarət apararaq nəticədə 1 milyard dollardan artıq vəsait qazana bilir.
1994-cü ildə çap olunan və ən çox satılan “The New Market Wizards” kitabında onun orası təsvir edilmişdi və həmin dövrdə onun şöhrəti daha da artmışdı.
2008-ci ilin iqtisadi tənəzzülündən sonra 2010-cu ildə Stenli sağ salamat çıxıb əldə etdiyi nailiyyətlərini tarixdə saxlamaq üçün öz hec fondunu bağlayır.

- Endryu Kriger
Endryu Kriger 1986-cı ildə Solomon Brothers şirkətindəki vəzifəsini tərk etdikdən sonra Banker’s Trust-a qoşulur. Tezliklə, Kriger uğurlu treyderlərdən biri kimi tanınmağa başlayır və şirkət onun kapitalını 700 milyon dollara qaldıraraq onu mükafatlandırır, bu da standart olaraq müəyyən edilmiş 50 milyon dollar limitindən nəzərəçarpan dərəcədə çoxdur. Bu pul vəsaiti ona “Qara bazar ertəsi” adlanan 19 oktyabr 1987-ci il tarixində yüksək gəlir əldə etməyə imkan verib onun mövqeyini gücləndirdi.
Kriger Yeni Zelandiya dolları üzərində fokslanmışdı. O, inanırdı ki, bu valyuta bütün dünyada maliyyə aktivləri üzrə yaranan təlaşın bir hissəsi kimi qısamüddətli satış prosesində ən həssas valyuta növlərindən biridir. Kriger qeyri-adi kredit çiyni 1:400 tətbiq etmişdi. Bu mükəmməl ticarət nəticəsində o, öz işəgötürəninə 300 milyon dollar gəlir qazandırmışdı. Apardığı ticarətdən 3 milyon dollar vəsait qazanaraq növbəti il həmin şirkəti tərk etmişdir.

- Bil Lipşutz (Bill Lipschutz)
1970-ci illərin sonunda Kornel universitetində oxuya-oxuya ticarət etməyə başlamışdı. Həmin vaxt ərzində o, 12000 dollar vəsaitini 250000 dollara çevirir. Habelə, bir səhv və pis ticarət qərarı verdikdən sonra o, bütün payını itirir. Bu itki ona bütün karyerası boyunca unudulmayan və onun daşıdığı riskin idarəedilməsi üzrə ağır bir dərs keçmiş olur. MBA dərəcəsini alarkən o, 1982-ci ildə Solomon Brothers şirkətində işləməyə başlayır.
Foreks bazarları məşhurluqları ilə şöhrət qazandığı bir dövrdə o, Solomon Brothers şirkətinin yeni açılmış valyuta münasibətləri bölməsinə keçir. Qısa bir zamanda böyük uğur qazanır və 1985-ci ilə şirkətə il ərzində 300 milyon dollar qazandırır. 1984-cü ildə Lipşutz şirkətin iri Foreks hesabının ən əsas treyderinə çevrilir və bu, 1990-cı ilə qədər onun şirkətdən çıxması dövrünə qədər belə davam edir. 1995-ci ildə Hathersage Capital Management şirkətində portfolionun idarəedilməsi üzrə direktor vəzifəsində çalışır.
- Bryus Kovner
Bryus Kovner 1945-ci ildə Nyu York, Bruklində anadan olmuşdu. 1977-ci ilə qədər ticarətlə məşğul olmamışdı və məhz həmin ildə 32 yaşı olanda ilk ticarətinə başlamışdı. Fyuçers müqavilələri ala bilməkdən ötrü o, kredit götürür və kredit xətti açdırır. Onun ilk gəliri 20000 dollar təşkil edirdi. Bunun ardınca o, Commodities Corporation şirkətinə bir treyder kimi qatılır və milyonlarla dollar qazanc gətirir, öz apardığı ticarət sektorunda möhkəm şöhrət qazanır.
1982-ci ildə o, özünün Caxton Alternative Management şirkətini açır və bunu 14 milyard dollardan çox aktivlə dünyanın ən uğurlu hec fondlarından birinə çevirir. Mal və valyuta mövqeləri arasında bölüşdürülən fondun gəliri və idarəetmə haqları Kovneri 2011-ci ildə oranı tərk edənə qədər foreks dünyasında ən böyük və sayılıb-seçilən oyunçulardan biri edir.
Yekun olaraq qeyd edək ki, yuxarıda adıçəkilən ən məşhur 5 Foreks treyderini bir-birinə bağlayan oxşar cəhətlər özünə əminlik və inanılmaz dərəcədə riskə getmək qabiliyyətidir.
Mənbə:www.investopedia.com