ABŞ Dolları /Türk Lirəsi (TL) məzənnəsi Asiya bazarlarında yeni rekord səviyyəni görüb.
Lirənin ucuzlaşması Azərbaycana - NECƏ TƏSİR EDİR?
FED.az xəbər verir ki, məzənnə 28,7062 lirə səviyyəsini görüb.
Son bir ayda dollar/TL məzənnəsində 2 faizdən çox artım müşahidə olunub. İlin əvvəlindən isə məzənnədə 53%-dən çox artım baş verib.
Ötən ay Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) banklara istiqraz öhdəliyi qoyan tənzimləmələrin əhəmiyyətli bir hissəsini ləğv etməsi və faiz artımı TL ilə istiqraz bazarını yenidən liberallaşmaya doğru aparıb.
Son zamanlar xarici investorlar TL istiqraz bazarının gələn il yenidən böyük xarici maraq görəcəyi ilə bağlı fikirlər bildirirlər. Deutsche Bank, gələn il Türkiyənin TL ilə istiqrazlarının inkişaf etməkdə olan ölkələrdə yerli valyuta istiqrazları arasında ən yaxşı performans göstərənlər arasında olacağını gözləyir. (Marja)