Rusiyada dolların məzənnəsi ilk dəfə olaraq avronu üstələyib.
FED.az xəbər verir ki, Moskva birjasında dolların məzənnəsi 65 rubl, avro isə 64 rubl olub.
Bununla yanaşı, Rusiya Mərkəzi Bankı 7 iyula xarici valyutaların məzənnəsini 1 dollar 62,91 rubl, 1 avro 64,33 rubl kimi müəyyən edib.
Paralel olaraq bu gün birjalarda Brent markalı neftin qiyməti aprelin 25-dən sonra ilk dəfə 100 dollardan aşağı enib.
Qızılın qiyməti isə 2021-ci ilin oktyabrından bəri ilk dəfə olaraq 1750 dollardan aşağı həddə düşüb.