“Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən büdcə təşkilatlarında aparılan yoxlamalarda ümumilikdə 89 milyon 240 min manat məbləğində artıq və əsassız ödənişlər aşkarlanıb”.
FED.az xəbər verir ki, bunu Maliyyə Nazirliyində 2020-ci ilin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında nazir Samir Şərifov deyib.
Nazirin sözlərinə görə, həmin məbləğdən 37 milyon 535 min manatı yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən bərpası təmin edilib.
Bundan başqa, qeyd olunub ki, artıq Baş nazirin müvafiq sərəncamına əsasən, 2022-ci il dövlət büdcəsi layihəsinin, habelə sonrakı üç il üçün büdcə xərclərinin tərtibi prosesinə start verilib.